Populyar məqalələr

Yaşlı insanlara əməliyyat edilə bilərmi?
02.04.2018 1870

Yaşlılıq dövrü 65 yaş və yuxarı olaraq qəbul edilir. Ümumdünya səhiyyə təşkilatı statistikasına görə cari dövrdə 60 yaşdan çox 600 milyon insan yaşayır. Bu sayın 2025-ci ildə iki dəfə artacağı və 2040-cı ildə 1.3 milyard insan olacağı fərz edilir.

Cəmiyyətdə yaşlı insanın əməliyyatdan sonra sağlam həyata qayıtmasının çətin olduğu fikri üstünlük təşkil edir. Ancaq cari dövrdə səhiyyədəki inkişaf bu fikirlərin əksini sübut edir. Əməliyyatdan əvvəl risklərin dəyərləndirilməsi baş verə biləcək ağırlaşmaları aradan qaldırır. Bunu da qeyd etmək lazımdır ki, 80 yaşına sağlam çatan insanın orqanizminin bu yaşa çatmasında rol oynayır, bu da yaşlı insanların əməliyyatdan sonrakı dövrün nəzərdə tutulduğunun əksinə daha yaxşı sağalma nəticəsi verdiyini göstərir. Son illərdə aparılan tədqiqatlarda göstərilmişdir ki, 1990-2010-cu illər aralığında 75 yaşdan yuxarı insanlarda əməliyyat göstəricisi 10% artmışdır.

Tədqiqatlarda bağırsaq xərçəngi və rerktum xərçəngi səbəbi ilə laparoskopik cərrahi əməliyyat edilən 337 xəstənin 70 yaşdan yuxarı xəstələrlə (87 nəfər) ilə 70 yaşdan aşağı (250 nəfər) xəstələrin nəticələri (ilk qaz çıxartma, ilk nəcisləmə, normal qidaya keçmə müddəti və ağırlaşmalar) arasında fərq olmadığı müəyyən edilmişdir.

Yaşlı xəstələrin əməliyyatdan sonra tez sağalmaları və normal həyatlarına geri qayıtmaq üçün bəzi tədbirlər görülməlidir. Burada ən əsas məqam xəstənin əməliyyatdan əvvəl əməliyyata hazırlanmasıdır.