Keyfiyyət siyasəti

Keyfiyyət siyasəti

Gəncə Beynəlxalq Xəstəxanası olaraq işimizi beynəlxalq keyfiyyət standartları, xəstə təhlükəsizliyi və etik dəyərlər üzərində qurmuşuq.

Keyfiyyət yaxşılaşdırma məqsədinə uyğun şəkildə yeni hədəflər təyin edir, bunun üçün addımlar atır, atılan addımların doğruluğuna nəzarət edirik.

Xidmət keyfiyyətimizin sənədləşdirilməsi məqsədilə beynəlxalq aləmdə tanınan JCI (Joint Commission International) təşkilatına müraciət edərək Qafqazda ilk akkreditə olunmuş xəstəxana adını qazandıq.

Beynəlxalq Xəstə Təhlükəsizliyi Hədəflərimiz:

  • Xəstə kimliyinin düzgün müəyyən edilməsi
  • Effektiv ünsiyyətin yaxşılaşdırılması
  • Yüksək riskli dərmanların təhlükəsizliyinin təmin edilməsi
  • Düzgün tərəf, düzgün prosedur, düzgün xəstə cərrahiyyəsinin zəmanət altına alınması
  • Tibbi müayinə ilə müvafiq infeksiya riskinin azaldılması
  • Yıxılma hadisələri nəticələrinin, zədələnmə riskinin azaldılması

Pasiyentlərimizin mütəmadi xəstəxana xidmətlərindən isitfadə etməsi bizim üçün çox əhəmiyyətlidir. Ona görə də bütün prosedurlar haqqında xəstələrimizi məlumatlandırır, sual vermələri üçün onları cəsarətləndiririk. Pasiyenti məlumatlandırıb razılığını almadan heç bir addım atılmır.