Qaraciyərin xroniki patologiyalarının diaqnostikası və müalicəsi müasir hepatologiyanın ən vacib problemlərindəndir. Bu xəstəliklərin proqresivləşməsinin əsas yolu fibrozlaşmanın etapla artması nəticəsində sirrozun inkişaf etməsi ilə müəyyən edilir. Fibrozun erkəndiaqnostikası zamanında müalicənin aparılmasına və proqresivləşmənin qarşısının alınmasına zəmin yaradır. Bu müayinə yalnız viruslu hepatitə yoluxan pasientlərə deyil, eyni zamanda alkaqol hepatitlərdə, diabetli xəstələrə, artıq çəkidən əziyyət çəkən insanlara, uzun müddətli dərman qəbul edən və autoimmun problemi olan xəstələrə də mütləq şəkildə təyin edilməlidir.
Elastometriyanın digər müayinə metodlarından üstünlükləri:
• Bütün yaş qruplarına tətbiq edilir.
• Müayinə aparılmasına xüsusi hazırlıq tələb olunmur.
• Müayinə dəri tamlığını pozmadan icra olunur.
• Bütün çəki qruplarına aid edilir.
• Müayinə metodu daha sadə və zərərsiz olduğundan bir neçə dəfə təkrar etmək olar.
• Müayinə müddəti qısa vaxt (5-15 dəqiqə) ərzində olur.
• Heç bir əks göstərişi yoxdur.