Histerosalpinqoqrafiya (HSG) Uşaqlığın rentgen filmi kimi də adlandırılan histerosalpinqoqrafiya uşaqlıq və uşaqlıq borularının kontrast maddə verilərək, uşaqlıq borularının açıq olub-olmamasını, eyni zamanda uşaqlığın vəziyyətini təyin etmək üçün istifadə olunan diaqnostika metodudur. Kontrast maddə xüsusi plastik boru vasitəsilə uşaqlıq daxilinə vurulur və nəticədə rentgen filmində orqanların görülməsi mümkün olur. Histerosalpinqoqrafiya sonsuzluğun diaqnostikasında istifadə olunmaqla yanaşı, müalicəvi xüsusiyyəti olduğu da bilinməkdədir. Histerosalpinqoqrafiya çəkildiyi zaman bəzən boruların içindəki yapışıqlıqlar açılır və borulardakı tıxaclar atılır. Histerosalpinqoqrafiya sonrası heç bir müalicəyə ehtiyac qalmadan hamiləliyin baş verməsi görülməkdədir.
Uşaqlığın daxili quruluşunu göstərdiyi üçün histerosalpinqoqrafiya sonsuzluqdan başqa güclü uşaqlıq qanaxmaları, aybaşı ağrıları, aybaşı pozulmalarının araşdırılması zamanı da istifadə olunur. Eyni zamanda histeroskopiya və laporoskopiya əməliyyatlarının nəticələrini dəyərləndirmək məqsədi ilə HSG çəkilməkdədir.
HSG aybaşı bitimindən sonra, əsasən aybaşının 7-9 cu günləri arasında çəkilir. Bu müddət ərzində cinsi əlaqə olmamalıdır. Aybaşının ilk günü aybaşının başladığı gün olaraq hesablanmalıdır. Müdaxilə ginekoloq tərəfindən, xəstənin istəyinə bağlı olaraq ümumi anesteziya altında və ya anesteziya verilmədən aparılır. Həmin gün xəstə xəstəxanaya ac gəlməlidir.Bağırsaqlarda olan qaz görüntünü pozduğu üçün bəzən xəstəyə bir gün əvvəl imalə olunması məsləhət görülür. Xəstə müdaxilədən əvvəl sidik kisəsini boşaltmalıdır.
Film çəkilən kimi Həkim Radioloq və ya Ginekoloq tərəfindən dəyərləndirilir.
Müayinənin qiyməti: 100AZN (anesteziyasız)
Əlavə məlumat almaq üçün:
(022) 303
(022) 255 38 38
(022) 255 83 83
(055) 500 71 00 (WhatsApp)