ÜST təlimatına görə dünyanın 160-dan artıq ölkəsində, həmçinin Respublikamızda uşaqların hepatit B virusuna qarşı erkən dövrdə vaksinasiyası (peyvənd) aparılır.
İlk vaksinasiya körpə doğulduqdan 12 saat sonra, növbəti dozalar müəyyən sxemlər üzrə (ÜST-nın təlimatına uyğun olaraq xüsusi hallar istisna edilməklə, 45 yaşa qədər insanların hamısına göstərişdir) aparılır.
Peyvənd (vaksin) 5-7 il müddətinə insanda immunitet yaradır. Qoruyuculuk %95-99 dur. Hepatit B peyvəndi həmçinin Hepatit D virusu üçündə qoruyuculuq yaradır. Bu peyvəndin vurulmadığı orqanizm Hepatit B virusuna yoluxduqda artıq gec olur.
Kimlər Hepatit B peyvəndi olunmalıdır :
• Bütün yeni doğulan körpələr.
• Evlilik zamanında olan cütlüklər.
• Həyat yoladşında Hepatit B olan insanlar.
• Ailəsində Hepatit B oplan insanlar.
• Ümumi yaşayış yerində, risk qrupundakı iş yerlərində olan insanlar.
• Əsgərlikdə olan insanlar, məhbus həyatında olan insanlar
• Gözəllik salonları və bər-bərlərdən istifadə edənlər.
• Vena daxili dərman maddələri istifadə edən xəstələr.
Çörək mayasına qarşı və ya hepatit B peyvəndinin komponentlərindən birinə qarşı həyatı təhdid edəcək dərəcədə allergiyası olan şəxslər hepatit B peyvəndi edilməməlidir.
Həkim qəbulu 25 AZN
Əlavə məlumat almaq üçün:
(022) 303
(022) 255 38 38
(022) 255 83 83
(055) 500 71 00 (WhatsApp)