Kampaniyalar

STRESS TEST fiziki gərginlik sınağı 40 AZN
29.11.2021 1010

Bəzən sakit halda çəkilən Elektrokardioqramma (EKQ) yetərsiz olur. Bu zaman xəstəyə xususi yük verməklə yəni fiziki aktivliyini artırmaqla EKQ çəkilir. Bu üsul Tredmil Test və ya Stress Test adlanır.

Stress Testi ürək damar sistemi xəstəliklərinin araşdırılması, müalicənin effektivliyinin təyin edilməsi, fiziki gərginlik ilə aritmiyaların meydana gəlib-gəlmədiyini isbat edilməsi və fiziki gərginliyin arterial təzyiqin yüksəlməsinə nə dərəcədə təsir göstərdiyini təyin edən bir müayinə üsuludur.
Stress Testi ürək əzələsinin funksional pozğunluğunu, daim fiziki və emosional yüklənmiş rejimdə olan insanların ürəyinin profilaktikası üçün əvəzsizdir. Ürəyin fiziki yükə nə qədər dözümlü olub-olmamasını bilmək üçün həm sakit, dinc halda, həm də fiziki hərəkət zamanı test olunur.

Bu metoda 2 gün əvvəldən hazırlaşmaq lazımdır. Xəstənin şikayətlərinə görə Kardioloq Stress Testini təyin edib, pasiyentə lazımi tapşırıqlarını verir. 1 sutka əvvəl xəstə bəzi preparatların, kofein tərkibli qidaların, içkilərin qəbulunu dayandırmalıdır. Test günü pasiyent ən azı 3 saat əvvəldən heç nə yeməməlidir, maye qəbulunu azaltmalı, test günü özü ilə qəbul etdiyi bütün dərman preparatlarını gətirməlidir.
Stress Testi zamanı pasiyent qaçış aparatında hərəkət edəcək, ona görə idman üslublu, rahat geyim geyinməlidir
Alınan nəticələr Həkim Kardioloqa gondərilir.

Əlavə məlumat almaq üçün:
(022) 303
(022) 255 38 38
(022) 255 83 83
(055) 500 71 00 (WhatsApp)