Populyar məqalələr

Hamiləlikdə NST müayinəsi
28.10.2024 311
Hamiləlikdə NST (non stress test) -KTQ(kardiotokoqramma) nə üçün edilir?
✔️NST - elektron monitor vasitəsitylə ana bətnindəki dölün ürək atımlarınnan xəbər ala biləcəyimiz sadə bir müayinə üsuludur.
✔️Nst dölün döğumöncəsindəki vəziyyətini dəyərləndirmək üçün həkimlər tərəfindən tez tez istifadə edilir. Bəzən dölün ana bətnində yaxşı bəslənə bilməməsi, dölü bəsləyən damarların içindəki qan axımının yetərli olmaması, dölyanı mayenin azalmasına bağlı vəs.səbəblərə görə döldə sağlamlığı ilə bağlı problemlər yarana bilir, bu da döl üçün stress dediyimiz haldır və belə halların olmasını vaxtında bilməyimiz lazımdır. Çünki stress halında dölü ana bətnində itirə bilərik. Bəzən dölün vaxtından əvvəl doğulması ana bətnində qalmasından çox daha yaxşı hal ola bilər və bu qərarı da verməyimiz üçün NST bizə yol göstərir.
Testin müddəti 20 dəq. Nst cihazının biri ananın qarnına yuxarı hissəsinə, digəri isə dölün ürək atışları olan nahiyəyə qoyulur.

© 2025 Gəncə Beynəlxalq Xəstəxanası. Müəllif hüquqları qorunur.