Populyar məqalələr

Uveit
15.08.2017 1249

Uveit göz iltihablaşmasının bir formasıdır. Bu əsasən göz almasını əhatə edən uvea təbəqəsinı təsir edir. Əsasən 20-50 yaş aralığında insanlarda və uşaqlarda özünü büruzə verir.

Xəstələrin 30-40%-də xəstəliyin nədən qaynaqlandığı məlum deyildir. Uveit virus, göbələk və parazitlərla yanaşı sistemik xəstəliklərə bağlı olaraq da özünü göstərə bilər.

Əlamətləri:

  • Gözün qızarması
  • Gözün sulanması
  • İşığa qarşı həssaslıq
  • Bulanıq görmə və ya görməmə
  • Göz almasında ağrı

Uveitin növləri:

  • Ön uveit
  • Orta uveit
  • Arxa uveit

Uveit ciddi bir xəstəlikdir. Vaxtında müalicə edilmədikdə göz iltihablaşması göz bəbəyində katarakt və göz təzyiqinin olması kimi qalıcı xəsarətlər yetirə bilər.

Uveit başqa bir xəstəlikdən qaynaqlanaraq özünü büruzə verirsə, həmin xəstəliyə uyğun olaraq müalicəyə başlanılır. Müalicəsi dərmanlarla və cərrahi üsulla edilir.