Uşaqlıq Boynu Eroziyası – bu zaman uşaqlıq boynunun uşaqlıq yolu hissəsində selikli qişanın tamlığının pozulması baş verir. İstənilən yaşda baş verə bilər və diqqətli müayinə, müalicə tələb edir.
⚠️Yaranma səbəbləri:
• Erkən cinsi həyat, yeniyetməlik dövründə hamiləlik və doğuş
• Travmatik təsir (tibbi müdaxilələr, abortlar, ağırlaşmış doğuşlar)
• Cinsi yolla keçən infeksiyalara yoluxma zamanı
• Hormonal disbalans, hormonal preparatların ve kontraseptivlerin qeyri-düzgün qəbulu
• İmmundefisit veziyyətlər və s
⚠️Diaqnostika:
1. Ginekoloji müayinə
2. Cinsi yolla yoluxan infeksiyaların müayinəsi (xlamidiya, ureoplasma, mikoplazma, insan papillomavirusu, herpes)
3. Kolposkopiya – uşaqlıq boynunun optik cihazla baxışıdır. Bu cihaz vasitəsi ilə uşaqlıq boynunu dəfələrlə böyüdüb patoloji sahələri daha dəqiq müəyyən etmək olur. Kolposkopiya ağrısız prosedurdur.
4. Uşaqlıq boynunun sitoloji müayinəsi – onkositologiya.
5. Uşaqlıq boynunun biopsiyası – bu zaman patoloji sahədən toxuma götürülür. Biopsiya kolposkop müayinəsi altında götürülür. Biopsiya son nəticənin qoyulmasında əsas rol oynayır.
⚠️Uşaqlıq boynu eroziyasının müalicəsi
1. İltihab əleyhinə, hormonal preparatlar, lazım olduqda antibakterial və virusəleyhinə preparatlar təyin edilir (yaranma səbəbinə əsasən). Kompleks müalicəyə immunstimulyatorlar da əlavə oluna bilər.
2. Kimyəvi koaqulyasiya – uşaqlıq boynunu xüsusi koaqulyasiya verən preparatlarla işlənməsi. Məsələn-“solkovagin”(orqanik turşudur)
3. Kriodestruksiya – eroziya sahəsi mayeli azotla işlənilir, sağlam toxumaya qədər “dondurulur”
4. Lazerkoaqulyasiya – eroziya sahəsinə cərrahi lazer şüalarının birbaşa təsir nəticəsində sağlam toxumaya qədər işlənməsidir. Bu zaman uşaqlıq boynunda yanıq, travma, çapıq yaranmır.
5. Radiodalğa cərrahiyəsi
6. Uşaqlıq boynunun konizasiyası – daha dərin proseslərdə bu metoddan istifadə olunur. Adi skalpellə, elektrik petlə ilə (elektrokonizasiya), lazerlə (lazerkonizasiya) həyata keçirilir.
⚠️Profilaktika
• İldə 1 dəfə ginekoloq müayinəsində olmaq
• Sidik-cinsiyyət sisteminin istənilən iltihabi prosesinin vaxtında müalicəsi.
• İldə 1 dəfə sitoloji analiz.
Həkimlər: