Müraciət edən hər 10 pasiyentdən 6-sı İmmunitet zəifliyindən şikayət edir. İmmunitet zəifliyi nədir ?
İmmun sistemi orqanizmin sahib olduğu bioloji müdafiədir ki, o orqanizmi xəstəliklərdən, mikroblardan və digər arzuolunmaz bioloji hücumlardan qoruyur. Əgər İmmun sistemi hər hansı bir səbəbdən dolayı zəifləyərsə, bədənin qoruma qabiliyyəti zəifləyər. Bu zəifliyi fürsət bilən viruslar, dərhal bədənə daxil olmağa başlayar və qrip kimi ən sadə xəstəliklərə qarşı beıə müqavimət göstərə bilməz.
İmmun çatızmazlığının olub olmaması nə zaman araşdırılır ?
• Uşaqların ildə 8, böyüklərin isə ildə 4 dəfədən çox yuxarı tənəffüs yolunun iltihabı keçirməsi zamanı
• İldə 4 və daha artıq qulaq iltihabı yəni otit, ildə 2 dəfədən çox sinuzit keçirilməsi zamanı
• 2 ay və daha artıq antibiotik istifadəsi. Lazımi dozada antibiotikin verilməsinə baxmayaraq xəstəliyin tam keçməməsi və xronik infeksion xəstəliyin olması zamanı
• İldə 2 dəfə və daha artıq pnevmaniya və bronxit keçirməsi zamanı
• Böyümə və inkişaf geriliyi zamanı
• Təkrar olunan yumuşaq toxuma absesləri zamanı
• Uzun müddət davam edən ağız içi (süd yarası) və dəri göbələk xəstəliyi zamanı
• İnfeksiyanın qarşısını almaq üçün damardan antibiotik müalicəsinin aparılması zamanı
• Təkrarlanan oğlan uşaqlarının ölümü zamanı
• Qohum evliliyi və ailədə daha öncə immun yetməzlik xəstəliyindən əziyyət çəkən insanların olması zamanı
Sizdə və övladlarınızda sadalanan əlamətlərdən ən az ikisi müşahidə edilirsə, immun sisteminiz araşdırılmalıdır.
Əlavə məlumat almaq üçün:
(022) 303
(022) 255 38 38
(022) 255 83 83
(055) 500 71 00 (WhatsApp)