Danışmaq və ünsiyyət qurmaq insanın sosial həyatında əhəmiyyətli və vacib proseslərdən biridir. Aydın və səlis danışıq, sözləri düzgün tələffüz edərək qarşı tərəfə çatdırmaq təqdirəlayiq haldır. Amma cəmiyyətdə danışıq qüsurlu, hansısa səsləri düzgün tələffüz etməyən, kəkələyən insanlar da var. Bu isə onların cəmiyyət arasında kompleksə düşmələrinə, özlərini narahat hiss edərək ünsiyyətdən qaçmalarına və sair kimi neqativ hallara yol açır. Demək olar ki, son zamanlar bu hal kiçik yaşlı uşaqlar arasında da geniş yayılıb.
Uşaqların danışmanın çox gecikməsi isə aşağıdakı xəstəliklərdən baş verə bilir:
• Daun sindromu
• Damaqda olan çatışmazlıq
• Serebral iflic
• Autizm
• Genetik gec danışma
• Eşitmə azlığı
• İnkişafdan geri qalma
• Erkən doğum və s.
Valideynlər uşaqların gec dil açmasının səbəblərini araşdırmağa çalışmalı, həkimə vaxtında müraciət etməlidirlər.
Gec dil açıb danışımaq uşağın zehni fəaliyyətinin də gec inkişafına səbəb olduğu üçün valideyinlər diqqətli olmalı, vaxtında həkimlərdən məsləhət almalıdırlar.