Populyar məqalələr

Ürək xəstələrinin diqqətinə: İsti Havada
24.07.2021 253

İsti havada həm sağlam insanlarda, həm də daha əvvəldən ürək-damar xəstəliyi olanlarda müəyyən şikayətlər (təngnəfəslik, darıxma, döş qəfəsində sıxılma və s.) ortaya çıxa bilər. İsti havar, xüsusilə də daha əvvəldən bilinən ürək və damar xəstəliyii olan insanlarda şikayətləri artırır. Çünki isti havanın özü ürək-damar sağlamlığı cəhətdən müəyyən riskləri bərabərində gətirir. Aparılan tədqiqatlar göstərir ki, isti havalarda ürək tutmaları və miokard infarktlarının rastgəlmə tezliyi artır. Ürək səbəbi ilə ölüm halları da yay aylarında artır. Bəzi epidemioloji tədqiqatlar göstərmişdir ki, qızmar hava dalğalarının yaşandığı illərdə, xüsusilə yaşlı və yanaşı xəstəliyi olan xəstələrdə ürəklə əlaqədar ölüm halları daha çox qeydə alınır.

Yayda ürək sağlamlığımızı qorumaq üçün nə etməliyik?
• Açıq rəngli, rahat və tərləməyi artırmayan geyimləri seçin;
• Ağır və yağlı yeməklərdən uzaq durun;
• Təzə meyvə və tərəvəzlərə üstünlük verin;
• Həkim tərəfindən təyin etdilən dərmanları vaxtı-vaxtında qəbul edin;
• Hipertoniya əleyhinə dərmanlarınızı həkim məsləhəti ilə yenidən nizamlayın;
• Arterial təzyiqinizə daim nəzarət edin;
• Siqaret və alkoqoldan uzaq durun;
• Günlük maye qəbulunuzu ən az 2,5-3,0 litrə qaldırın.
• Günorta saat 12:00-15:00 arası açıq havada gəzməyin, çünki bu saatlar günün ən qızmar və ziyanlı vaxtıdır;
• Dənizə və hovuza sabah və axşam saatlarında girin;
• İdman üçün günün sabah və ya axşam saatlarını seçin;
• Mütləq idmana başlamadan əvvəl və sonra su için;
• Səyahətə çıxmazdan əvvəl ürəyinizi yoxlatdırın. İsti havalarda tətil ürək üçün zərərli ola bilər, buna görə də öncədən kardioloqa müraciət etmək vacibdir!

Əlavə məlumat almaq üçün:
(022) 303
(022) 255 38 38
(022) 255 83 83
(055) 500 71 00 (WhatsApp)