Populyar məqalələr

Ürək çatışmazlığı
06.10.2017 1879

Ürək çatışmazlığı, ürəyin orqanizmin ehtiyacı olduğu qədər qan dövranını təmin etməməsi nəticəsində özünü büruzə verir. Buna bağlı olaraq ağciyərlər və orqanizmin müxtəlif nahiyələrində maye toplanması ilə müşahidə olunur. Vaxtında aşkar edilib uyğun şəkildə müalicə edilərsə, pasiyentlər uzun və keyfiyyətli həyat yaşayarlar.

Ürək çatışmazlığı əlamətləri:

  • Təngnəfəslik: Ağciyərdə maye toplanması ilə meydana gəlir. Xəstəliyin erkən mərhələsində əsasən hərəkət və fiziki aktivlik nəticəsində özünü göstərirsə, sonrakı mərhələlərində pasiyent istirahət edərkən də özünü büruzə verir.
  • Öskürək və ya nəfəs alıb verəndə başqa bir səsin olması: bu da ağciyərdə maye toplanması nəticəsində olur.
  • Çəkidə dəyişiklik: Ürək çatışmazlığı olan xəstələrdə sürətlə çəki artımı olur. Son 3 gündə çəkisi 2 kq artan pasiyentlər həkimə müraciət etməlidir.
  • Ayaqlarda şişkinlik: orqanizmdə maye toplanması ayaqlarda şişkinlik (ödəm) olur.
  • İştahasızlıq
  • Gecə tez-tez sidiyə çıxma
  • Yorğunluq
  • Baş dönməsi
  • Nəbzin sürətli olması

Xəstəliyin diaqnozu kliniki əlamətlər, fiziki müayinə, EKQ, qan analizləri, döş qəfəsi rentgeni, EXOkq, Stress test, MRT, angioqarafiya vasitəsilə təyin edilir.

Müalicəsi xəstənin vəziyyəti dəyərləndirilərək uyğun şəkildə dərmanlarla, qida pəhrizi ilə aparılır.