Bu gün Ümumdünya Qan Donorları Günüdür. Ümumdünya Səhiyyə Assambleyasının 2005-ci ilin may ayında keçirilən 58-ci sessiyasında Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv ölkələr könüllü təmənnasız qan donorluğunun inkişafına və dəstəklənməsinə dair Qətnamə qəbul ediblər. Hər il 112,5 milyon vahid qan bağışlanır. Bunun 47 %-i inkişaf etmiş ölkələrin payına düşür.