Sizdə əzələ ağrısıdır yoxsa Fibromialgiya?
06.08.2024
120
Fibromialgiya sümük-əzələ sistemində yayılan ağrılar, yuxu pozğunluğu, yorğunluq və halsızlıqla müşahidə olunan xroniki ağrı sindromudur.
Çox zaman Fibromialgiyanı fiziki məşğələlərdən sonra yaranan əzələ ağrıları və yorğunluqla səhvsalırlar. Amma ağrılar şiddətlidirsə, xroniki xarakter daşıyırsa, bir sıra təhlükəli simptomlar da müşahidə edirsinizsə, deməli bu artıq Fibromialgiyadır!
Həmçinin ağrılar bir nöqtədən başlayıb, bütün bədənə yayılır və daha çox boyunda, kürəksümüklərinin arasında, beldə, baldırda, kürək nahiyəsində daha çox hiss olunur.
Qeyd! Fibromialgiyadan əziyyət çəkənlərə ağrıkəsici vasitələr kömək etmir.
• Fibromialgiya xəstəliyinin yaranmasında əsas rol oynayan faktorları bu ardıcıllıqla sıralamaq mümkündür.
• Stress
• Nizamsız həyat şəraiti, yorğunluq.
• Həddən artıq siqaret və spirtli içki qəbulu
• Psixoloji problemlər
• Uzun müddət əyləşmək və ya ayaq üstə dayanmaq
• Gərgin iş şəraiti və s
Fibromialgiyanın müalicəsi üçün ilk öncə həkimə gedib müayinə olunmanızı və müalicə almanızı məsləhət görürük. Həkim nəzarətində olan zaman paralel olaraq, fibromialgiya müalicənizi təbii üsullarla dəstəkləyə bilərsiniz.