Populyar məqalələr

Sızanaq
10.08.2017 1324

Sızanaq (Akne) – tük follikulu və ona bitişik yağ vəzilərinin xroniki iltihabi xəstəliyidir. Yağ vəzlərindən zəngin bölgələrdə (alın, yanaq, çənə, sinə, kürək) olur.

Sızanaq müxtəlif yaşlarda yarana bilər. Adətən yeniyetməlik yaşlarından etibarən başlar, 25 yaşına qədər görülə bilər. Bəzi hallarda isə 25 yaşından sonra da davam edə bilər. Daha uzun müddət davam edən qadın sızanaqlı xəstələrdə bəzi hallarda endokrin (hormonal) vəya ginekoloji problemlər də ola bilər.

Sızanaqların yaranmasında 4 mərhələ var:

  • Yağ ifrazının artması

Androgen hormonların təsirindən dəridə yağlanma artır. Sızanaqlı insanların bir çoxu genetik olaraq yağlı dəriyə sahib olur.

  • Follikul kanalının keratin tıxacla tutulması

Yağ vəzisi tük follikulu ilə bərabər dəri səthinə açılır. Lakin kanal keratin tıxacla tutulanda yağ xaric ola bilmir və dəri altında toplanır.

  • Bakteriyaların artması

Propionibacterium acnes başda olmaqla, Stafilokokklar, Malassezia kimi mikroorganizmalar artar.

  • İltihab

Artan yağlılıq, keratin tıxac, mikroorqanizmalar iltihaba səbəb olur