İlksaat
Siqaretdən imtina etdikdən 20 dəqiqə sonra ürək döyüntüləri azalır, qan təzyiqi normallaşır.
8saat sonra
Qanda karbon monoksid və nikotin səviyyəsi aşağı düşür, toxumaların oksigenlə təminatı yaxşılaşır.
24saat sonra
Qanda karbon monoksidin səviyyəsi siqaret çəkməyən insanlarla eyni səviyyəyə düşür. Narahatlıq və stress azalır.
48saat sonra
Nikotin qanı tərk edir. Ciyərlər təmizlənir. Çoxlu öskürməyə başlasanız, həvəsdən düşməyin. Bu bədənin öz hava yollarını təmizləməsi üçündür.
Siqaretdən imtina edənlərin qarşılaşdığı ilk dəyişiklik adətən dad və iybilmə hissiyatının artmasıdır. Bu ona görə baş verir ki, artıq siqaretin zədələdiyi sinir ucları yenidən inkişaf etməyə başlayırlar.
72saat sonra
Normal insanlar kimi nəfəs almağa və ciyərlərinizin gücünü hiss etməyə başlayırsınız. Bronxların boruları açılır və bədənin enerjisi artır.
Tütünün zərər verdiyi, xərçəngə çevrilmək üzrə olan hüceyrələr yerini sağlam hüceyrələrə verməyə başlayır.
12həftə sonra
Damarlarda qan dövranı yaxşılaşır, fiziki fəallıq zamanı insan özünü daha rahat hiss edir.
9ay sonra
Öskürək tamamilə dayanır. Ciyərin funksiyası güclənir. Tənəffüs yolu infeksiyaları riski aşağı düşür.
1il sonra
Siqaret çəkənlərlə müqayisədə ürək xəstəlikləri və ürək tutmaları riski yarıya qədər azalır. Damarlar yenidən genişlənir, qanın laxtalanması normallaşır.
10il sonra
Siqareti tərk etdiyinizdən on il vaxt keçibsə, artıq ağciyər xərçəngi riski 50 % azalmışdır. Ağız, qırtlaq, boğaz, böyrək xərçənginə tutulma riskiniz də çox aşağıdır. Xərçəngə meyilli hüceyrələr artıq sağlam hüceyrələrlə əvəz olunmuşdur.
15il sonra
Ürək xəstəliklərinə yoluxmaq riskiniz siqaret çəkməyənlərlə eyni səviyyədədir. Artıq ağciyər xərçəngi riski də 90 % azalmışdır.
İndi niyə "SİQARETƏ SON" olmasın?!