Populyar məqalələr

Servisit
07.03.2018 1446

Servisit uşaqlıq boynunun müxtəlif səbəblərə bağlı olaraq iltihabıdır. Qadınların təxminən yarısında tez-tez rast gəlinir. Bu iltihab müxtəlif cinsi yolla keçən bakteriyalar səbəb olur.

Səbəbləri və risk faktorları aşağıdakılardır:

  • Vaginal şərti patogen mikroorqanizmlər və cinsi yolla keçən infeksiyalar (qonoreya, xlamidiya)
  • HIV və ya HPV-yə yoluxmuş insanlar servisit baxımından risk faktorlarıdır

Sevisit heç bir şikayətlə özünü büruzə verməyə bilər. Ən çox rast gəlinən axıntı olur. Axıntı əsasən aybaşıdan sonra olur. Bundan əlavə qaşınma, qasıq və bel nahiyəsində ağrı da özünü göstərir.

Diaqnoz kliniki müayinə, vaginal yaxma edilərək qoyulur.

Müalicəsi səbəbinə uyğun olaraq dərmanlar, immun preparatlar vasitəsilə edilir.