Populyar məqalələr

Qulaqda küy
01.08.2017 2385

Cəmiyyətdə hər 5 insandan 1-də qulaqda səs (tinnitus) rast gəlinir. Qulaqda küyün yaranmasının birbaşa səbəbi məlum deyildir.

Qulaqda səs əsasən yaş faktoruna, qulaq travması, qulaq tıxacına və dövrü sistemli xəstəliyə bağlı olaraq inkişaf edir.

Tinnitus ətrafda səs olmamasına baxmayaraq qulaqda küy olması ilə özünü büruzə verir. Zaman keçdikcə qulaqda küyün artması müşahidə olunur.

Tinnitusun iki növü vardır:

  • Subyektiv tinnitus
  • Obyektiv tinnitus

Subyektiv tinnitus zamanı qulaqdakı küyü ancaq pasiyentin özü eşidir. Bu ən çox rastlanılan növüdür. Obyektiv tinnitusda isə həkim müayinəsi zamanı həkim də həmin küyü eşidə bilir.

Diaqnoz kliniki əlamətlər və müayinə əsasında qoyulur. Səbəb müəyyən edildikdən sonra uyğun şəkildə müalicə edilir.