Populyar məqalələr

Qovun
22.07.2017 1456

Tərkibində vitamin A, E, C, K və B vitamin kompleksi (B1, B3, B5 ) olan qovunun sağlamlığa hədsiz faydaları vardır. Bununla yanaşı kalium, maqnezium, dəmir, mis, alfa və beta karotinlərlə zəngindir.

Qovun immun sistemini gücləndirir, ürək-damar sisteminə müsbət təsir edir. Tərkibindəki folatlar infarkt riskini azaldır. C vitamini ilə zəngin olduğundan sərbəst radikalları yaranmasının qarşısını alır, xərçəng xəstəliyinə tutulma ehtimalını azaldır.

Qovun göz sağlamlığına müsbət təsir edir, diabetik nefropatiyanın qarşısını alır.