Qlomerulonefrit - səbəbləri , əlamətləri
06.08.2024
368
Qlomerulonefrit – əsasən böyrəyin yumaqcıq aparatının, daha sonra isə digər strukturlarının zədələnməsi ilə gedən böyrəklərin immunokompleks xəstəliyidir. Xəstəlik proqressiv gedişə malikdir. Ən çox mǝktǝbǝqǝdǝr yaşlı uşaqlarda tǝsadüf edilir.
Əsasǝn angina, elǝcǝ dǝ yuxarı tǝnǝffüs yollarının katarı, skarlatina, piodermiyadan sonra baş verir. Əmələ gəlməsində «A» qrupundan olan β-hemolitik streptokokklar rol oynayır. Kimyǝvi maddǝlǝrin, virusların rolu da müstǝsna deyil.
Orqanizmin reaktivliyinin dǝyişilmǝsi ǝsas rol oynayır. Uşağın güclü soyuqlaması bu reaktivliyin dǝyişmǝsinǝ tǝkan verir. Böyrəklərin yumaqcıqlarını zǝdǝlǝyǝn toksin ilk növbǝdǝ onun damarlarına tǝsir göstǝrir. Yumaqcıq kapilyarlarının zədələnməsi nǝticǝsindǝ böyrǝk süzgǝclǝrinin blokadası baş verir. Bundan başqa damardaraldıcı xassǝyǝ malik olan renin adlı maddǝ ifraz olunur. Nǝticǝdǝ qan tǝzyiqi yüksǝlir. Böyrǝk süzgǝcinin blokadası böyrǝyin ifrazetmǝ funksiyasını zǝiflǝdir. Qanda suyun, duzların toplanması qanın hǝcmini artırır.
Qlomerulonefrit sidik, ödemli və hipertonik sindromdur. Bəzi hallarda böyrək zədələnməsi öz antikorlarının orqanın özünə təsiri nəticəsində baş verir.
Qlomerulonefritin səbəbləri:
• Müxtəlif infeksiya növləri (pnevmoniya, çiçək xəstəliyi, viral mikroorqanizmlər)
• Zəhərli maddələrə uzun müddət məruz qalma: ağır metallar və qazlar
• Dərinin zədələnməsi
• İrsi meyl
• Uzun müddət davam edən hərarət
• İltihab ocaqlarının olması
• Tam sağalmamış virus xəstəliklərİ və s.
Əsas simptomlar:
• Sidikdə qan və yüksək protein tərkibi
• Yüksək qan təzyiqi
• Ayaqların şişməsi
• Sidik kifayət qədər miqdarda xaric olunmur
• İştahsızlıq
• Ürəkbulanma
• Ümumi zəiflik
• Bel nahiyəsində ağrı
• Baş ağrısı
• Ödəmə səbəb olan bədən çəkisinin sürətlə artması və s
Bu kimi simptomlar müşahidə olunarsa, fibromialgiyanın müalicəsi üçün ilk öncə həkim nefroloqa müraciət etməyinizi məsləhət görürük.