Populyar məqalələr

Qadınlarda Sidik qaçırtmanın müalicəsi varmı ?
04.02.2022 1709

Sidik Qaçırma bəziləri tərəfindən yaşlı adamların tipik patalogiyası kimi qəbul edilir. Həqiqətən, bu xəstəliklə 70-80 yaşdan yuxarı qadınların yarısından çoxu əziyyət çəkir. Lakin belə problemlər təkcə yaşlı qadınlarda deyil, doğuşdan sonra, hamiləliyin son mərhələlərində, bəzi əməliyyatlardan sonra və hətta stres vəziyyətlərində də rast gəlinir.
Problem gündəlik həyatda çoxsaylı narahatçılıq və məhdudiyyətlər törədir, özünə inamsızlıq, depressiv vəziyyət, özünəqapanma yaradır. Təəssüf ki, qadınların hamısı vaxtında həkimə müraciət etmir, susub gizlədirlər və ya xalq təbabətinin şübhəli üsullarını axtarırlar. Patologiyanın öhdəsindən yalnız düzgün müalicənin köməyilə gəlmək olar.

Sidik qaçırmanın yaranma əsas səbəbləri aşağıdakılardır:
• Sidik yollarının anatomik defektləri;
• Sidik ifrazı aktını tənzimləyən mərkəzi nahiyələrin zədələnməsi (onurğa və ya baş beyin);
• Estrogen çatışmazlığı;
• Kiçik çanaq orqanlarında qan dövranının pozulması;
• Prostoqlandin və serotoninin sidik yollarında patoloji ifrazı
• Hamiləlik və doğuşdan sonrakı dövrdə böyümüş uşaqlıq kiçik çanaq üzvlərinə artıq təzyiq etdikdə;
• Uzun müddətli stres vəziyyətləri;
• Yuxarı yaşlarda bağların elastikliyinin və əzələlərin tonusunun azalması;
• Fistula və ya bitişmələrin əmələ gəlməsilə fəsadlaşan kiçik çanaq orqanlarında (uşaqlıq, sidik kisəsi, düz bağırsaq) aparılan cərrahi əməliyyatlar;
• Bəzi xəstəliklər (Şəkərli iabet, sidik kisəsi daşı, dağınıq skleroz, insultdur).

Xəstəliyin profilaktikası
• Mütəmadi olaraq Ginekoloq və Uroloqun müayinəsindən keçmək;
• Klimakteriyada əvəzləyici hormonal terapiyanın istifadəsi - yalnız həkimin təyinatı ilə;
• Həyat tərzinin dəyişdirilməsi - fiziki aktivliyi artırmaq, qəbizliyin qarşısını alan qida rasionu seçmək;
• Ağırlıq qaldırılmasını məhdudlaşdırmaq;
• Gigiyenik qaydalara ciddi əməl etmək və s.

Sidik qaçırma – uzun müddət diqqətli müalicə tələb edən xəstəlikdir. Yalnız həyat tərzini və qida rejiminin korreksiyasını nəzərdə tutan kompleks müalicə patologiyadan qurtulmağa və normal həyat tərzi sürməyə imkan verir!

Əlavə məlumat almaq üçün:
(022) 303
(022) 255 38 38
(022) 255 83 83
(055) 500 71 00 (WhatsApp)