Populyar məqalələr

Qadınlarda sidik qaçırma
14.08.2017 1432

Qadınlarda sidik qaçırma həyat keyfiyyətinə mənfi təsir edir. Xüsusilə yetkin yaşlı, bir çox doğuş keçirmiş, artıq çəkidən əziyyət çəkən qadınlarda sidik qaçırma ciddi xəstəliklərin göstəricisi ola bilər.

Yaş artdıqca 40 yaşdan yuxarı qadınların 50%-ində sidik sidik qaçırma riski vardır. Bununla yanaşı, çətin və travmalı doğuşlar sidik qaçırmasının səbəbi ola bilər. Əsəs səbəblər aşağıdakılardır:

  • Sidik kisəsində infeksiyalar
  • Vaginal infeksiyalar
  • Sidik kisəsində daş
  • Çətin doğuşlar
  • Hormonal dəyişikliklər (xüsusə menapauza dövründə)
  • Sidik kisəsində şişlər
  • Sinir sistemi xəstəlikləri

Qadınlarda sidik qaçırmanın 3 tipi vardır:

  • Gərginlik (stress) sidik qaçırması
  • Təcili (urgent) sidik qaçırması
  • Qarışıq tip

Xəstəliyin ən təsirli və qalıcı müalicəsi cərrahi üsuldur. Cari dövrdə müasir üsulla həyata keçirilən əməliyyatlar xəstələrin həyat keyfiyyətini yüksəldir.