Xəbərlər

PLAZNAFAREZ-İnsan qanının təmizlənməsi proseduru
11.10.2021 260

PLAZMAFAREZ - İnsan qanının təmizlənməsi proseduru
Plazmaforez-müasir köməkçi müalicəvi üsulundan tibbdə çox geniş istifadə olunur.
Plazmaforez müxtəlif xəstəliklərin və pozulmaların müalicəsi zamanı köməkçi vasitə kimi (əsas müalicə ilə yanaşı) istifadə oluna bilər. Plazmaforezin mənası ondan ibarətdir ki, xüsusi apparatın köməyi ilə qan bakteriya, virus, müxtəlif anticisimlər, autoimmin komplekslər, toksinlər, şlaklar və orqanizmin fəaliyyəti nəticəsində əmələ gələn parçalanma məhsulları ziyanlı maddələrdən təmizlənir. Həmçinin plazmaforezin nəticəsində qanın laxtalanması, hemodinamika (qanın damarlar və kapilyarlarla hərəkəti) yaxşılaşır ki, bunun nəticəsində orqanizmin qan dövranı və bütün orqanların fəaliyyəti yaxşılaşır, orqanizm təmizlənir və cavanlaşır.
Lakin, unutmayaq ki, plazmaforezin bütün bu gözəl xüsusiyyətlərinə baxmayaraq, bu müalicəvi prosedurdur, və bu prosedurun da müəyyən əks-göstərişləri və yanaşı təsirləri mövcuddur. Bu səbəbdən plazmaforez yalnız həkim tərəfindən və yalnız bu prosedura ciddi zərurət yarandıqda xəstəyə təyin oluna bilər.

Əlavə məlumat almaq üçün:
(022) 303
(022) 255 38 38
(022) 255 83 83
(055) 500 71 00 (WhatsApp