Populyar məqalələr

Paratiroid vəzi
14.07.2017 1828

Paratiroid (qalxanabənzər ətraf vəziləri) vəzi bədəndə kalsium səviyyəsini tənzimləyən endokrin orqandır. Paratiroid vəzi parathormon (PTH) hormonunu ifraz edir.

Paratiroid vəzinin ifraz etdiyi PTH hormonu ilə bədəndə olan artıq kalsiumun sidiklə xaric edilməsinə, kalsiumun bağırsaqlardan qana sorulmasına yardım edir. Həddən artıq və ya az PTH hormonu ifraz edildikdə bədəndəki kalsium səviyyəsi kəskin şəkildə arta və ya azala bilər.

PTH hormonunun yüksək olmağının səbəbləri:

  • Kalsium və ya maqnezium əksikliyi
  • D vitamini çatışmazlığı və ya D vitamininin həddən çox olması
  • Paratiroid vəzinin böyüməsi
  • Tərkibində həddən çox fosfor olan qidaların qəbulu
  • Hamiləlik
  • Böyrək xəstəlikləri
  • Böyrək çatışmazlığı
  • Yoluxucu xəstəliklər