Övladınızın bu cür davranışları eynək ehtiyacının olduğunu göstərir:
• Televizor və kompüter ekranına yaxın oturarsa;
• Dərslərində və öyrənmədə çətinlik çəkirsə;
• Uşaq oxu və ya yazıdan sonra baş ağrısından şikayət etməyə başlarsa;
• Fikrini cəmləyə bilmək üçün kitabı çox yaxın tutursa;
• Gözlərin çəpləşməsi (yuxarı, aşağı, xarici və ya daxili);
• Başın anormal məcburi vəziyyəti (başın əyilməsi, üzü və ya çənəni yuxarı-aşağı çevirmək);
• Gözlərini davamlı ovursa və s
Uşaqlar fikirlərini ifadə edə bilmədiyi yaşlarda bu şikayətləri, simptomları yalnız valideynlər hiss edə bilərlər. Məhz bu səbəbdən erkən yaşda görmənin yoxlanılması lazımdır. Xüsusilə vaxtından əvvəl doğulmuşlar, zəif çəkili doğulanlar, ailə anamnezində ambliopiyası olanlar, inkişafdan geri qalanlar, müxtəlif sindromlu doğulmuşların müayinəsi vacibdir!
Uşaqlarınızın sağlam və xoşbəxt yaşamalarına kömək edin, dünyanı olduğu kimi parlaq və aydın görsünlər!
Əlavə məlumat almaq üçün:
(022) 303
(022) 255 38 38
(022) 255 83 83
(055) 500 71 00 (WhatsApp)