Xəbərlər

Osteoxondroz - Boyunda duzlaşma
30.04.2021 947

El arasında boyunda #duzlaşma kimi tanınan patalogiya tibbi olaraq - Osteoxondroz adlandırılır və hansı ki, müalicəyə çətin tabe olan bir patalogiyadır.

Osteoxondroz nə qədər ağırlaşırsa, beyin qan dövranının pozulması əlamətləri də artar.
Baş gicəllənməsi, başda ağırlıq hissi, tez-tez təkrarlanan baş ağrıları, ənsə nahiyəsində ağrı, qulaqlarda küy, daim yorğunluq hissi, görmə və eşidmənin pisləşməsi, yuxusuzluq Osteoxondrozun ilkin simptomlarıdır.

Müasir insanın azhərəkətli həyat tərzi, düzgün olmayan qidalanma, gündəlik stresslər və gərilmələr, həmçinin boyun travmaları, boyun, ənsə, çiyin hissəsinin güclü soyuqlaması, piylənmə (artıq çəkisi olan insanın onurğa sütunu güclü yükləmələrə məruz qalır) Osteoxondroz yaradan səbəblərdir.

Maraqlı bir faktı da nəzərinizə çatdıra bilərik ki, hətta insanın saç forması da osteoxondrozun inkişafına təsir edə bilər.

Uzman Nevroloq Dr. Elvin Niftəliyev

Əlavə məlumat almaq üçün:
(022) 303
(022) 255 38 38
(022) 255 83 83
(055) 500 71 00 (WhatsApp)