Xəbərlər

OSTEOPOROZ diaqnozu nece qoyulur ? Densitometriya nədir ?
09.08.2022 970

Densitometriya sümük toxumasının sıxlığını və mineral kütləsini müəyyən etmək üçün istifadə olunan müayinə üsuludur.
Sümük toxumasının sıxlığı rentgen və ya ultrasəs densitometriyası vasitəsi ilə təyin olunur.

Rentgen densitometriyası zamanı sümük toxumasının sıxlığı rentgen şəkillərinin çəkilməsi vasitəsi ilə aparılır.
Ultrasəs densitometriyası isə sümük toxuması boyunca ultrasəs dalğalarının yayılması sürətini ölçən cihaz vasitəsi ilə aparılır.
Densitometriya zamanı alınan nəticələr kompyüter proqramı vasitəsilə eyni yaşa və cins qrupuna daxil olan insanların normal göstəriciləri ilə müqayisə edilir. Sümük toxumasının möhkəmliyini və eləcə də mexaniki təzyiqlərə qarşı davamlılığını aşkara çıxaran metod, məhz densitometriyadır.

Densitometriyanın aparılmasında əsas məqsəd osteopeniya və osteoparozu müəyyən etməkdir. Densitometriya osteoparozun ilkin əlamətlərini belə aşkara çıxarmağa imkan verir.

Osteoparoz – sümük toxumasında mineral sıxlığın azalması və kövrəkliyin artması deməkdir. Osteoparoz çox geniş yayılmış bir xəstəlik olub, xüsusilə qadınlarda menopauza dövründə daha çox rast gəlinir. Sümük toxumasının sıxlığına və mineral kütləsinin azalmasına şübhə olan hallar densitometriyada göstərillir. 40 yaşdan yuxarı qadınlarda və erkən menopauza dövründə, kişilərdə isə 60 yaşdan yuxarı bu müayinənin aparılması məsləhətdir. Qalxanvariətraf vəzin xəstəliklərində (hiperparatireoz), cüzi travmalar nəticəsində yaranan sınıqlarda, qlükokortikoidlər, oral kontraseptlər, trankflizatorlar və psixotrop preparatlar qəbul edən şəxslər üçün də densitometriyanın aparılması vacibdir.
Ultrasəs densitometriya müayinəsi tez bir zaman ərzində aparılması və orqanizmə tam zərərsiz olması ilə fərqlənir. Hamilə qadınlarda belə densitometriya müayinəsi aparıla bilər.

Əlavə məlumat almaq üçün:
(022) 303
(022) 255 38 38
(022) 255 83 83
(055) 500 71 00 (WhatsApp)