Populyar məqalələr

Osteomielit
16.08.2017 2291

Osteomielit sümük infeksiyasıdır. İnfeksiya qan dövranı ilə keçə bilər. İnfeksiya həm də yaralandıqdan sonra sümüyün özünə keçə bilər.

Əlamətləri:

  • Hərarət, titrəmə
  • Uşaqlarda uyuşma
  • İnfeksiya olan nahiyədə ağrı
  • İnfeksiya olan nahiyədə şişkinlik, istilik, qızartı
  • Bəzən ostemielit heç bir əlamətlə özünü büruzə vermir.

Ən əsas səbəb stafilokkok bakteriyasıdır. Sümüklər əsasən infeksiyaya qarşı dözümlüdür. Osteomilit zamanı isə sümük infeksiyaya qarşı həssaslaşır.

Ortopedik əməliyyat və ya dərin sümük qırılması zamanı bu infeksiyaya yoluxmaq mümkündür. Qan damarlarında qan dövranı pozulduqda bədən infeksiyaya qarşı mübarizə apara bilmir və nəticədə kiçik infeksiyaya böyüyür. Nəzarət edilməyən diabet xəstəliyi, siqaret çəkməyə bağlı olaraq periferik arteriya xəstəlikləri zamanı osteomielit inkişaf edə bilər.

Diaqnoz kliniki əlamətlər, qan analizi, Rentgen, KT, MRT və sümük biopsiyası vasitəsilə təyin edilir.

Müalicəsi dərman və cərrahi yolla aparılır.