Populyar məqalələr

Mioma
26.07.2017 1314

Mioma uşaqlıqda inkişaf edən xoşxassəli törəmələrdir. Beynəlxalq təsnifata görə Leyomiomalar deyilir.

Miomalar gözlə seçilməyəcək qədər kiçik və uşaqlığın ölçülərini dəyişəcək qədər böyük ola bilirlər. Bir və ya bir neçə miomalar ola bilər.

Bir çox qadında miomalar olur, ancaq onların bir çoxu bundan xəbərsiz olurlar.

Bir çox qadında əlamətlər özünü büruzə vermir. Bu miomanın inkişaf etdiyi nahiyədən, ölçüdən və saydan asılıdır. Əlamətləri aşağıdakı kimidir:

  • Aybaşının ağrılı keçməsi
  • Aybaşının 1 həftədən çox olması
  • Qarın nahiyəsində ağrı
  • Tez-tez sidiyə çıxma
  • Qəbizlik
  • Bel nahiyəsində və ayaqlarda ağrı

Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, miomaların yaranması və inkişafına estrogen və prosgesteron hormonları, uşaqlığın toxumalarını təşkil edən hüceyrələrdə gen dəyişikliyidir.

Miomalar əsasən həyati təhlükə daşımırlar, ancaq anemiyaya səbəb ola bilər.

Diaqnoz kliniki əlamətlər, USM, analiz əsasında təyin edilir. USM müayinəsi ilə təyin etmək mümkün olmadıqda MRT, histerosonoqrafiya, histerosalpinqoqrafiya, histeroskopiya əsasında diaqnoz təyin edilir.

Müalicəsi dərman, invaziv və ənənəvi cərrahi üsulla edilir.