Populyar məqalələr

Miasteniya
24.02.2018 1582

Miasteniya və ya Miasteniya qravis xəstəliyi əzələ-sinir keçiriciliyinin zəifləməsi ilə özünü büruzə verən xəstəlikdir. Sinirlər və əzələlər arasındakı əlaqənin pozulmasından qaynaqlanır. Hüceyrələrdəki reseptorlar neyrotransmitterlər vasitəsilə əzələ-sinir keçiriciliyini təmin edir. Ancaq miasteniya xəstəliyi zamanı asetilkolin adlı neyrotransmitter əzələlərin reseptor sahələrinin çox hissəsini blok edən və ya yox edən antitellər ifraz edir.

Antitellər eyni zamanda tirozin kinaz adı verilən proteinin funksiyalarını pozur. Hər yaşda olan insana təsir etməklə yanaşı 40 yaşdan aşağı qadınlarda və 60 yaşından yuxarı bəylərdə daha çox rast gəlinir.

Miasteniya xəstəliyi olan əzələlər istifadə edildikcə pisləşir. Əlamətlər əsasən insan dincəldiyi zaman özünü göstərə bilər.

Miasteniya xəstəliyindən əsasən bir və ya iki göz qapağı sallanması, üz, boğaz, boyun və ayaq əzələlərində özünü göstərir.

Xəstəliyin ağırlaşmasına yorğunluq, başqa xəstəliklər, stress kimi faktorlar səbəb ola bilər.

Tam müalicəsi olmasa da, xəstəliyinin sürətli inkişafının qarşısı alına bilər. Müalicəsi dərmanlarla və dərmanlar nəticə vermədikdə əməliyyatla aparılır.