Populyar məqalələr

Mastalgiya
16.03.2018 1290

Mastalgiya süd vəzi ağrılarına verilən ümumi addır. Süd vəzində ağrılar qadınlarda tez-tez rast gəlinən şikayətdir və fibrokistik dəyişikliklərin ən əsas əlamətlərindən biridir. 50 yaşından aşağı qadınların 70%-də mastalgiya rast gəlinir. Aybaşı dövründən 1-4 gün əvvəl süd vəzində ağrılar normaldır. Beş gündən çox davam edən süd vəzi ağrıları mastalgiyadır.

Mastalgiya iki qrupa bölünür:

  • Aybaşı dövrünə bağlı olaraq özünü büruzə verən ağrılar
  • Aybaşı dövrünə bağlı olmayan mütəmadi və ya arada bir olan ağrılar

Mastalgiyaların 25%-i 2-ci qrupa aiddir.

Səbəbləri:

  • Fibrokistik dəyişikliklər
  • Stress, gərginlik
  • Hormonal dəyişikliklər

Fiziki müayinə, süd vəzi USM ilə diaqnoz təyin edilir. Müalicəsi həkim tərəfindən səbəbinə uyğun şəkildə aparılır.