Populyar məqalələr

Körpənin qidalanması
23.02.2018 1158

Körpə uşaqların bir yaşınadək qidalanma forması onun sonrakı dövrdə sağlamlığına və inkişafına təsir edir. Buna bağlı olaraq körpənizin doğulduğu andan etibarən ilk 6 ay ərzində sadəcə ana südü və 6 ayından sonra ona əlavə qidaların verilməsinə başlanılır, əmizdirmə isə 2 yaşınadək davam etdirilə bilər.

  • 7-ci ay - ana südü, ana südünü əvəz edən qidalar, qatıq, meyvə şirəsi və püresi, tərəvəz əzmələri, yumurta sarısı, şorbalar, bəkməz
  • 8-12-ci ay - ana südü, ana südünü əvəz edən qidalar, qatıq, meyvə şirəsi və püresi, tərəvəz əzmələri, bütöv yumurta, şorbalar, paxlakimilərdən hazırlanmış pürelər, katlet, toyuq, balıq
  • 1 yaşdan böyük – ana südü, evdə bişirilmiş bütün yeməklər (inək südü və bal)

6 ay davam edən əmizdirmədən sonra körpələrə ana südü yetərli olmaz. Bu səbəblə əlavə qidalara keçilir, əlavə qidalara bir-bir və bir qaşıqla başlayaraq hər gün miqdarı artırılır və yeni əlavə qidanın 1-2 gün ara ilə verilməsi çox vacibdir.