Populyar məqalələr

Konyuktivit
21.07.2017 1650

Gözün qızarmasının ən əsas səbəblərindən biri də konyuktivitdir. Gözün selikli qişasının iltihabı konyuktivit adlanır. Müxtəlif səbəblərə bağlı olaraq xəstəlik özünü büruzə verir. Əsasən mikrob, allergiya, siqaret tüstüsü və havanın kirliliyinə bağlı olur. Mikroba bağlı inkişaf edən konyuktivit göz qızarmaqla yanaşı, iltihablı axıntı da olur. Həddən artıq iltihablanma kəskin infeksiya əlamətidir.

Viruslar da konyuktivitə səbəb ola bilər. Bəzi viruslar sadəcə gözdə, bəziləri isə gözlə yanaşı, burun və boğazda da özünü büruzə verir.

Mikrob və virus konyuktivitlər yoluxucudur, yaylıq, dəsmal, yastıq vasitəsilə yoluxa bilər.

Müalicəsi dərmanla aparılır. Dərmanın miqdarı və vaxt intervalını oftalmoloq müəyyən edir.