Populyar məqalələr

Kolposkopiya Müayinəsi
14.09.2024 103

Kolposkop uşaqlıq boynu xərçəngi və xərçəngönü xəstəliklərinin erkən aşkarlanmasında istifadə olunan optik cihazdır və bu cihaz vasitəsilə aparılan müayinə isə kolposkopiya adlanır. Bu müayinəni aparmaqda məqsəd tək uşaqlıq boynunda olan patologiyaları təyin etmək deyil, eyni zamanda həmin patoloji nahiyyələrdən məqsədyönlü biopsiya almaqdır.

Kolposkopun nəzarəti olmadan alınan biopsiyalarda yanlış nəticələrə çox rast gəlinir. Müayinəni aparmaqda üçüncü məqsəd isə aşkarlanmış xəstəliklərin müalicəsində taktikanı düzgün seçməkdir, yəni müalicəni konservativ və ya operativ yolla aparmağa qərar vermək.

Kolposkopiya prosedurunun müddəti kolposkopik biopsiyanın edilib edilməyəcəyinə uyğun olaraq dəyişə bilər. Ümumilikdə proses 5 -15 dəqiqə arasında davam edir. Prosedur zamanı kolposkopiya vajinaya daxil olmadığı üçün ağrı hiss olunmur.
Qeyd edək ki, kolposkopiya ginekologiya şöbəsinin həkimi uzm.dr.Aygun Altun tərəfindən aparılır.

Əlavə məlumat almaq üçün:
☎ (022) 303

                </div>
            </div>


        </div>
        <div class=

Xəbərlər

Kampaniyalar

Populyar məqalələr

© 2024 Gəncə Beynəlxalq Xəstəxanası. Müəllif hüquqları qorunur.