Populyar məqalələr

Kolonoskopiya
10.07.2017 1992

Kolonoskopiya qalın və incə bağırsağın müayinə üsuludur. Müayinə zamanı nazik və elastik olan kolonoskopdan istifadə edilir. Kolonoskopiya bağırsaqda xora, bağırsaq polipləri, şişləri, iltihablaşma və ya qanama nahiyəsini aşkar etmək üçün edilir.

Kolonospiya zamanı kolonoskop vasitəsi ilə biopsiya götürülə bilər, bağırsaq anomaliyası xaric edilə bilər. Kolonoskopiya həm də xərçəng xəstəliyini aşkar etmək üçün test skrinninq kimi də istifadə olunur.

Kolonoskop nazik, qıvrıla bilən, elastik, ucunda video kamerası olan cihazdır. Kolonoskop vasitəsilə müayinə zamanı şəkillər və video görüntülər əldə etməyə imkan yaradır.

Bu müayinədən əvvəl bağırsaqlar tamamilə təmizlənməlidir. Bu da həkimini əvvəlcədən məsləhət bildiyi preparat vasitəsilə edilir. Müayinə üçün bağırsaqların tamamilə təmizlənməsi vacibdir.

Kolonoskopiya əsasən aşağıdakı səbəblərə bağlı olaraq edilir:

  • Bağırsaq xərçəngini aşkar etmək üçün
  • Bağısaq qanaxması və nəcisdə qan olan zaman
  • Tünd və qara nəcis zamanı
  • Xroniki diareya zamanı
  • Səbəbsiz çəki itirilməsi zamanı
  • Bağırsaqda iltihablaşmanı müayinə və müalicə etmək üçün
  • Uzun müddətli səbəbsiz ağrılar zamanı