Populyar məqalələr

Kolit
28.02.2018 1301

Kolit yoğun bağırsağın iltihablaşmasıdır. Ən geniş yayılmış növü xoralı kolitdir. Xoralı kolit bir çox xəstəliklərlə oxşar əlamətlərə sahibdir. Bu xəstəlik zamanı həzm kanalının daxili səthini örtən təbəqədə xəstəliyin inkişaf səviyyəsinə uyğun olaraq bir çox dəyişikliklər baş verir. Bu dəyişikliklərin əsas səbəbi iltihablaşmadır. Bu iltihablaşma bağırsağın daxili səthində yaranır və bağırsağın daxili səthini örtən selikli qişada yara, şişkinlik, yaralar, qanama müşahidə olunur.
Xəstəlik yoluxucu deyildir. Xəstəliyin inkişafında genetik faktor öz rolunu oynayır. Ətraf mühitin təsirləri arasında siqaret və spirtli içkilərin həddən artıq istifadəsi bu xəstəliyin inkişafına yol açır. Bundan əlavə, aspirin, antibiotik və s. dərmanlara xəstəliyin şiddətlənməsinə səbəb olur. Bu dərmanlardan istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir.
Xoralı kolit hər yaşda olan insanlarda özünü büruzə verir. Bununla yanaşı, əsasən 16-40 yaş arasında insanlarda daha çox rast gəlinir. Qadınlarla kişilər arasında rast gəlinmə nisbəti bərabərdir.
İstər xoralı kolit istərsə də kron xəstəliyi bəzi ailələrdə daha sıx rast gəlinir. Xəstələrin 20%-nin birinci dərəcəli qohumlarında xəstəlik özünü büruzə verir.
Xəstədə özünü göstərən əlamətlərə fərdi olaraq yanaşılır. Xəstənin yaşına, cinsiyyətinə, xəstəliyin müddətinə, xəstəliyin şiddətinə, xəstənin həyat keyfiyyətinə görə müalicə proqramı təyin edilir.