Populyar məqalələr

K vitamini
12.07.2017 1239

Yağda əriyən K vitamini bədənin piy qatında və qaraciyərdə toplanır. Sağlam qidalanan insanlarda əsasən K vitamini əksikliyi olmaz.

K vitaminin ən əsas vəzifəsi qanın laxtalanmasına yardım etməkdir. K vitamini protombinin yaranmasında iştirak edir. K vitamini əksik olduğu zaman qanda protombin miqdarı azalır.

K vitamini sümüklərin kövrəkləşməsinin qarşısını alır, ateroskleroz riskini azaldır.

K vitamini əksik olduğunda qanda laxtalanma azalır. Üç fərqli K vitamini vardır.

K vitamini ilə zəngin olan qidalar:

  • Kələm
  • İspanaq
  • Xardal
  • Brokkoli
  • Soğan
  • Cəfəri
  • Süd məhsulları
  • Soya
  • Lobya
  • Tut
  • əncir
  • Yerkökü
  • Taxılkimilər