Populyar məqalələr

İmplant
20.12.2017 1883

Dental implant əskik olan dişlərin funksiya və estetik görünüşünü yenidən bərpa etmək üçün çənə sümüyünə yerləşdirilən əksər hallarda vint şəkilli süni diş köküdür. Ənənəvi protezləmə metodlarına görə daha çox funksional alternativ müalicə üsuludur. Bunun nəticəsində itirilmiş diş bərpa edilir və pasiyentin qidalanmasında yarana biləcək problemlər aradan qalxmış olur.

Dental implantlar insan orqanizmində heç nə ilə reaksiyaya girməyən inert maddədən-saf titandan hazırlanır. Heç nə ilə reaksiyaya girmədiyi üçün orqanizm yad cisim kimi qəbul etmir.

İmplantasiya əməliyyatının klinik şəraitdə tam steril mühitdə olunması vacibdir. İmplantasiya əksər hallarda yüngül yerli anesteziya ilə aparılır. Xəstəxana şəraitində cərrahi əməliyyatlara qarşı fobiyası olan pasiyentlərə yüngül sedasiya və yerli anesteziya tətbiq edilə bilər. Belə olduqda pasiyent 4-5 saat gözləməli olur.

İmplant tətbiq edildikdən sonra implantın sümüklə birləşmə (osteointeqrasiya) dövrü başlayır.

Bəzi hallarda implantat yerləşdirdikdən sonra implantların üzərini dərhal daimi dişlə (qapaqla) təmin etmək olar. Daimi dişlə dərhal təmin etmək mümkün olmadıqda sümüklə birləşmə dövrünü gözləmə mərhələsində pasiyentlərin rahatlığı üçün müvəqqəti dişlər düzəldilir.

İmplant əməliyyatı icra olunduğu zaman qonşu dişlərə heç bir zərər yetirilmir. Tək diş əskikliyindən tam dişsizliyə qədər bütün növ kliniki vəziyyətlərdə tətbiq oluna bilər. İmplantasiya vasitəsilə dişsizliyin bərpası təbii dişlərimizə həm funksional həm də estetik cəhətdən ən yaxın alternativdir.

Müalicə müdətində və müalicədən sonrakı dövrdə stomatoloqun məsləhətləri və qeyd olunan dərmanların qəbulu vacibdir.