Populyar məqalələr

Huşunu itirmə zamanı ilk tibbi yardım- İlk olaraq nə etməlisiz
10.08.2021 1558

Huşun itirilməsi beyin toxumasında qidalanmanın qəflətən pozulması (hipoksiya) nəticəsində huşun itməsi ilə xarakterizə olunan patoloji vəziyyətdir.

Qəfildən huşunu itirən şəxsin həyatını xilas etmək və sağlamlığını bərpa etmək üçün ona göstərilmiş ilk həkiməqədər yardımın böyük əhəmiyyəti vardır. Hadisə yerində ( işdə, küçədə, evdə və s.) bir sıra sadə tədbirləri yubanmadan həyata keçirməklə ağır fəsadların və xoşagəlməz nəticələrin qarşısını almaq mümkündür.
⚠️Huşunu itirmə zamanı nə etmək lazımdır?
İlk olaraq arxası üstdə uzadın. Ayaqlarını baş səviyyəsindən yuxarı qaldırın. Tənəffüs yolunun açıq olduğuna nəzarət edin. Təmiz hava ilə təmin edin. Üstünü sıxan geyimlərini çıxarın. Qaytarırsa, başını yana doğru əyin.
3 dəqiqədən sonra insan özünə gəlmirsə, dərhal Təcili Yardım çağırın. #103

⚠️Adətən insan, tez (3-5 saniyədə)özünə gəlir. Ancaq huşunu itirmə ciddi bir xəstəliyin əlamətidir və vaxtaşırı təkrarlanırsa, mütləq həkimə müraciət etmək lazımdır!