Qan şəkəri səviyyəsinin aşağı düşməsi (hipoqlisemiya) qan şəkərinn 50 mg/dL-dən aşağı düşməsidir. Normal vəziyyətdə qan şəkəri ac olanda belə 60 mg/dL-dən aşağı düşmür. İnsan 3-4 gün qidalanmasa belə orqanizm qandakı şəkərin səviyyəsinin normada olmasını tənzimləyir. Birdən-birə qan şəkərinin düşməsi beyin və ürək kimi həyati vacib orqanlara öz mənfi təsirini göstərir. Belə ki onların enerji mənbəyi şəkərdir.
Qan şəkərinin səviyyəsinin düşməsinin əsas səbəblərindən biri qan şəkərini nizamlayan dərmanların norma çərçivəsində istifadə edilməməsidir. İnsulininin təlimata uyğun tətbiq edilməməsi və insulin rezistensliyi də hipoqlisemiyaya səbəb olur. Bəzən dərmanlar vaxtında qəbul edilməsinə baxmayaraq yeməyi gec yemək və ya yeməmək də qan şəkəri düşə bilər. Bütün bunlarla yanaşı çox hərəkət etmək, yük daşımaq, həddən artıq fiziki iş də qan şəkəri səviyyəsinin düşməsinə səbəb ola bilər.
Hipoqlisemiya əlamətləri:
Hipoqlisemiya müalicə edilməklə yanaşı, hipqlisemiyaya səbəb olan faktorlar müəyyən edilməli və aradan qaldırılmalıdır.