Populyar məqalələr

Hiperxolesterinemiya
12.09.2017 1475

Xolesterin mum kimi yumşaq qanın tərkibində olan yağabənzər maddələrdir. Xolesterin yeni hüceyrələrin yaranmasında iştirak edir. Ancaq qanda yüksək xolesterinin olması ürək-damar xəstəliklərinə tutulma ehtimalını artırır.

Qanda xolesterin yüksək olduqda damarlarda qan dövranı çətinləşir. Qanda xolesterin səviyyəsinin yüksəlməsi aşağıdakı faktorlara əsaslanır:

  • Genetik meyillik
  • Qidalar
  • Artıq çəki
  • Stress

Bundan əlavə qanda xolesterin səviyyəsinin yüksəlməsinə səbəb olan tiroid çatışmazlığı, qaraciyər xəstəlilkləri, böyrəkdə mikrobik olmayan iltihabi xəstəlikləri, diabet kimi xəstəliklər və bəzi dərmanlardır.

Qanda həddən artıq xolesterin damar divarlarında daralma və tıxanıqlıq yaradır. Nəticədə tıxanıqlı olan damarda qidalanma pozulur.

Qanda xolesterin səviyyəsinin normada olması üçün sağlam qidalanma vacibdir, idmanla məşğul olmaq, açıq havada gəzmək, stressdən uzaq olmaq vacibdir.