Populyar məqalələr

Hiperprolaktemiya
24.03.2018 1390

Prolaktin hormonu beynin hipofiz vəzi tərəfindən ifraz olunur, müəyyən səviyyədə qadın reproduktiv orqanının inkişafı və funksionallığı üçün vacibdir.

Qadınlarda normal prolaktin səviyyəsi əsasən 25 ng/ml-dən aşağıdır.

Prolaktin hormonu yüksəkliyinə səbəb olan vəziyyətlər aşağıda qeyd olunanlardır:

  • Hamiləlik və əmizdirmə dövrü
  • Hipofiz vəzinin prolaktin ifraz edən şişlər (mikroadenomalar və makroadenomalar)
  • Hipolatumusun dofamin ifraz edən şişlər və zədələnməsi
  • Hipotiroidizm
  • Antidepressantların bir qismi
  • Digər farmokoloji dərmanlar
  • İdiopatik səbəblər

Prolaktinin yüksək olması qadınlarda aybaşı dövrünün azalması və ya aybaşı kəsilməsinə səbəb olur.

Diaqnoz prolaktin hormon analizi vasitəsilə təyin edilir. Əgər analiz nəticəsi həddən artıq yüksəkdirsə şübhələri aydınlaşdırmaq üçün KT və MRT müayinəsi təyin edilir.

Müalicəsi səbəbinə uyğun olaraq aparılır. Hipofiz vəzində şiş olduğu təqdirdə cərrahi üsul tətbiq edilir.