Göz yorğunluğu, yəni tibbi adı astenopiya – funksional xarakterli görmə pozğunluğudur. Bu patoloji vəziyyət zehni fəaliyyətlə məşğul olarkən gözlərin tez yorulması ilə müşayiət edilir.
Astenopiya əlamətləri
• Göz ağrısı
• Bulanıq görmə
• Göz sulanması
• Göz quruması
• İşıq həssaslığı
• Görmənin itiliyinin pozulması
• Göz altında gərginliyin olması və s.
Astenopiyanın müalicəsi kompleks şəklində aparılır. Müalicə zamanı eynəklər vasitəsilə refraksiya anomaliyaları korreksiya edilir.
Həkimməsləhəti:
Kitab oxuyursunuzsa kitab və gözünüz arasındakı məsafə 35 sm qədər olmalıdır.
Əgər davamlı Sabir bir nöqtəyə baxaraq iş görürsünüzsə bəzən gözlərinizi otaqda yerləşən ən uzaq nöqtəyə möhkəmləndirərək göz sinirlərinizi istirahət etdirin. 30-45 dəqiqə fasilə verərək uzağa baxın.
Göz damcıları ilə gözlərinizi nəmləndirərək göz yorğunluğuna bağlı olan şikayətlərinizi azalda bilərsiniz.
Əlavə məlumat almaq üçün:
(022) 303
(022) 255 38 38
(022) 255 83 83
(055) 500 71 00 (WhatsApp)