Populyar məqalələr

Göz yaşı kanalının tıxanıqlığı
23.03.2018 1642

Gözdə sulanma, iltihablaşma, göz yaşı kisəsi nahiyəsində şişkinlik, abses kimi əlamətlərlə özünü göstərən göz kanalı tıxanıqlığı xəstəliyi göz sağlamlığına təhlükə yaradır.

Gözyaşı tərkibi ilə gözün normal vəzifəsini yerinə yetirmək üçün oksigen daşınmasında əsas rol oynayır. Duzlu bir maye olan göz yaşı toz, bakteriya və s. yad cisimləri yanağa və ya göz yaşı kanalı vasitəsilə buruna daşıyır. İnfeksiyalara qarşı mübarizə aparmaq gücünə sahib olan göz yaşı bir tıxanıqlıq səbəbi ilə gö yaşı kanalı ilə gözdən vaxtında uzaqlaşıdırlmazsa, gözlərimiz xarici təsirlərə qarşı zəif olur. Əsas şikayət gözdə şişkinlik və zığlanma ilə büruzə verir.

Daha çox yenidoğulmuşlarda və orta yaşlı qadınlarda rast gəlinir. Yeni doğulmuşlarda massaj fayda vermədikdə cərrahi üsuldan istifadə edilir, yetkin insanlarda isə cərrahi üsulla müalicə aparılır.