Populyar məqalələr

Göz tənbəlliyi
03.07.2017 1634

Göz tənbəlliyi gözdə və göz sinirində heç bir problem olmamasına baxmayaraq bir gözün digər gözə nisbətən və hər iki gözün zəif görməsidir. Yeni doğulmuş körpədə beyin inkişaf etdikcə görmə də inkişaf edir. Bu dövrdə görməyə mane olan olan hər hansı bir səbəb varsa göz tənbəliiyi yaranır.

Göz tənbəlliyinin səbəbləri:

  • Gözün işığı qırma qüsuru
  • Çəpgözlük
  • Digər göz xəstəlikləri

Göz tənbəlliyi həkim müayinəsi ilə müəyyən edilir. Göz tənbəlliyi hər yaşda özünü büruzə verə bilər. Vaxtında aşkar edilmiş göz tənbəlliyinin müalicəsi daha effektiv nəticə verir. Buna bağlı olaraq 1-3 yaş arasında uşaqları heç bir narahatlıq olmasa da göz müayinəsi edilməsi vacibdir.

Erkən dövrdə aşkar edilmiş göz tənbəliyi müalicəsi eynəklə edilir. Göz tənbəlliyinin müalicəsində cərrahi üsuldan istifadə edilmir.