Xəbərlər

Əllərimiz niyə keyiyir ?
02.06.2021 7909

Baş beyindən başlayan impuls əvvəlcə onurğa beynindən boyun fəqərələrinə, çiyin, dirsək və əl biləyindən keçərək barmaqlarımıza qədər gəlir.
Sadalanan mərhələlərin birində problem olarsa əllərdə uyuşma, keyimə hissi yaranar.
Əllərin keyiməsi daha çox Karpal Tunel sindromunda rastlanır. Bu zaman biləklərdə sıxışma olur. Əsasən gecə səhərə yaxın əllərdə uyuşma, sanki üzərində yatmışıq kimi bir hiss yaranır. Əlləri sallaqlı saxlamaqla uyuşma aradan qalxır.
Daha çox tiroid, diabet xəstələrində, hamilələrdə bu hala rastlanır.

EMQ müayinəsi ilə sinirlərin keçiriciliyi yoxlanılır, diaqnoz təstiqlənir və müalicə başlanılır.

Əllərdə keyimə boyun fəqərələrində problem, dirsək sinirlərinin sıxışması, psixoloji yorğunluq yaxud daha ciddi olaraq baş beyində hansısa problem səbəbindən də yarana bilər.

NEVROLOQ UZM. DR. ELVİN NİFTƏLİYEV
Həftə içi 6 gün saat 09:00-dan 17:00-a qədərdir.

Əlavə məlumat almaq üçün:
(022) 303
(022) 255 38 38
(022) 255 83 83
(055) 500 71 00 (WhatsApp)