Populyar məqalələr

Elektromioqrafiya
02.08.2017 1928

Elektromioqrafiya (EMG) əzələlərin və onların sinir hüceyrələrin aktivliyini müayinə edən diaqnostik prosedurdur. EMG bu siqnalları şəkil, səs və ya rəqəmli göstəricilərə çevirir, bu da həkim tərəfindən dəyərləndirilir.

EMG zamanı nazik elektrodlardan istifadə edilir ki, bu da elektrik siqnallarını ötürür. EMG proseduru zamanı əzələnin aktivliyini qeydə almaq üçün elektrodlu iynə əzələyə yeridilir. Bununla yanaşı, EMG ilə iki və daha çox nöqtənin arasında sinirlərin bir-birinə göndərdiyi elektrik siqnallarının sürəti və gücü ölçülür.

EMG əsasən sinir və əzələ distrofiyasının əlamətlərinə əsaslanaraq edilir. Əlamətlər aşağıdakılardır:

· Uyuşma

· Əzələdə gücsüzlük

· Əzələdə ağrılar

· Oynaq ağrıları

EMG vasitəsilə aşağıdakı xəstəliklərə dəqiq diaqnoz qoymaq mümkündür:

· Əzələ distrofiyası və ya polimiozit

· Miasteniya gravis kimi əzələ ilə sinir hüceyrələri arasındakı əlaqəyə mənfi təsir edən xəstəliklər

· Periferik sinir xəstəlikləri (karpal kanal sindromu)

· Beyində və onurğa beyində motor neyronlarına təsir edən amiotropik lateral skleroz və iflic kimi xəstəliklər

· Sinirə təsir edən disk yırtıqları

EMG təhlükəsiz prosedurdur. Bu prosedur Nevroloq tərəfindən həyata keçirilir.

Elektromioqrafiya (EMG) əzələlərin və onların sinir hüceyrələrin aktivliyini müayinə edən diaqnostik prosedurdur. EMG bu siqnalları şəkil, səs və ya rəqəmli göstəricilərə çevirir, bu da həkim tərəfindən dəyərləndirilir.

EMG zamanı nazik elektrodlardan istifadə edilir ki, bu da elektrik siqnallarını ötürür. EMG proseduru zamanı əzələnin aktivliyini qeydə almaq üçün elektrodlu iynə əzələyə yeridilir. Bununla yanaşı, EMG ilə iki və daha çox nöqtənin arasında sinirlərin bir-birinə göndərdiyi elektrik siqnallarının sürəti və gücü ölçülür.

EMG əsasən sinir və əzələ distrofiyasının əlamətlərinə əsaslanaraq edilir. Əlamətlər aşağıdakılardır:

- Uyuşma

- Əzələdə gücsüzlük

- Əzələdə ağrılar

- Oynaq ağrıları

EMG vasitəsilə aşağıdakı xəstəliklərə dəqiq diaqnoz qoymaq mümkündür:

- Əzələ distrofiyası və ya polimiozit

- Miasteniya gravis kimi əzələ ilə sinir hüceyrələri arasındakı əlaqəyə mənfi təsir edən xəstəliklər

- Periferik sinir xəstəlikləri (karpal kanal sindromu)

- Beyində və onurğa beyində motor neyronlarına təsir edən amiotropik lateral skleroz və iflic kimi xəstəliklər

- Sinirə təsir edən disk yırtıqları