Populyar məqalələr

Elektroensefolaqrafiya (EEG)
08.08.2017 1461

Elektroensefolaqrafiya (EEG) kiçik metal elektrodlarla beyin aktivliyini müəyyən edən test üsuludur. Beyin hüceyrələri insan yuxuda olanda belə elektrik impulsları ilə bir-biri ilə əlaqə saxlayır, bu aktivlik EEG zamanı dalğalar şəklində qeydə alınır.

EEG epilepsiya xəstəliyinin diaqnozu üçün əsas test üsullarından biridir. EEG həm də beyində olan digər pozğunluqları aşkar etməkdə müəyyən rol oynayır.

EEG əsasən aşağıdakı xəstəlikləri müəyyən etmək üçün edilir:

  • Epilepsiya
  • Beyində olan bədxassəli şiş
  • Baş beyin yaralanması
  • Müxtəlif səbəblərə əsaslanan beyin disfunksiyası (ensefalopatiya)
  • Beyin iltihablaşması (ensefalit)
  • İnsult
  • Yuxusuzluq
  • Demensiya

Bundan əlavə EEG komada olan insanın beyin ölümünü müəyyən etmək üçün tətbiq edilir.

EEG təhlükəsiz və ağrısızdır.

EEG edilməzdən əvvəl başın yuyulması və elektrodların rahat yerləşdirilməsi üçün əlavə saç baxım vasitələrindən istifadə edilməməsi tövsiyə edilir. Tərkibində kafein olan qidalar qəbul edilməməlidir. EEG zamanı yatmaq istənildikdə bir gün əvvəl daha az və ya tamamilə yuxusuz qalmaq istəniləcəkdir.

EEG zamanı başa nahiyyəsinin ölçüsü götürülür və uyğun şəkildə metal elektrodlar yerləşdirilir. EEG əsasən 60 dəqiqə müddəti əhatə edir.