Populyar məqalələr

Dismenoreya
29.03.2018 1552

Aybaşı dövrü zamanı ağrılar (dismenoreya) müxtəlif təbii və psixoloji səbəblərə bağlı olaraq özünü büruzə verir. Bəzi xanımlarda bu dövr ağrısız olduğu təqdirdə bəzilərində isə bu dövr həddən artıq kəskin ağrılarla keçir.

Dismenoreya birincil və ikincil olaraq iki yerə ayrılır

Birincili dismenoreya yeniyetməlikdən sonrakı dövrdə olan xanımların 50 %-ində rast gəlinən ginekoji şikayətlərdən biridir. Əsasən 10-20 yaşlı xanımları əhatə edir.

İkincili dismenoreya isə 25-30 yaşlı xanımlarda özünü göstərir, əsasən aybaşı dövründə ağrılar davam edir və kiçik çanaq orqanlarında olan dəyişikliklərlə əlaqədar ortaya çıxır (endometrioz, uşaqlığın mioması, xroniki iltihabi proseslər, uşaqlıq daxili spiral, qan cinsiyyət orqanları qüsurlar və s.)

Dismenoreya ağrı ilə bərabər, baş dönməsi, baş ağrısı, halsızlıq, əsəbilik kimi əlamətlərlə xarakterikdir.

Müalicəsi ginekoloq tərəfindən əsasən dərmanlarla aparılır.